Neymar dünya çempionatını buraxa bilər
16:31 28.02.2018
Arxiv
1233
PSJ-nin superulduzu Neymar dünya çempionatını buraxa bilər. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, braziliyalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la görüşdə iştirak etsə, karyerasını təhlükə altına atacaq.
Bildirilir ki, "Marsel"lə çempionat oyununda zədələnən və sonradan ayağında qırıq aşkarnan 26 yaşlı hücumçu 6 həftədən tez yaşıl meydanlara dönə bilməz. Əks təqdirdə, onun zədəsi daha da ağırlaşacaq və futbolçu yayda Rusiyada təşkil ediləcək dünya çempionatında Braziliya millisindən kənarda qala bilər.
Futbolçunun menecerliyini edən atası da mətbuata açıqlaması zamanı PSJ rəhbərliyinə xəbərdarlıq edib. O, oğlunun təyin edilən vaxta qədər dönüşünün mümkünsüz olduğunu söyləyib: "PSJ rəhbərliyi onun ən azı 6 həftə oynaya bilməyəcəyini yaxşı bilir. Çünki belə zədənin müalicəsi 6-8 həftə olur. Braziliya yığmasının həkimi də vəziyyətə baxacaq və əməliyyatla bağlı qərar verəcək. Ancaq əməliyyat olsa da, olmasa da, Neymarın komandaya dönmək tarixi dəyişməyəcək. "Real"la görüşün PSJ üçün nə dərəcədə vacib olduğunu başa düşürük. Ancaq oğlumun karyerasını da təhlükə altına ata bilmərik".
PSJ-nin baş məşqçisi Unay Emeri isə bir neçə gün əvvəl Neymarın "Real"la martın 6-da keçiriləcək cavab qarşılaşmasında oynamaq şansının olduğunu açıqlamışdı. Qeyd edək ki, Madriddə baş tutan ilk oyunda PSJ "Real"a 1:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət