"Nikahların pozulmasına "Facebook" səbəb olur" - Hadı Rəcəbli





"Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”.

APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O bunu acınacaqlı hal adlandırıb.


Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq da azalıb: "Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.


H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: "Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.