Nişan mərasimində gəlin və daha 10 nəfər zəhərlənib - YENİLƏNİB
11:06 13.08.2018
Arxiv
851
Mingəçevir şəhərində nişan mərasimində gəlin və daha 10 nəfərin zəhərlənməsinin təfərrüatı məlum olub.
"Report”un Şirvan bürosunun məlumatına görə, avqustun 12-də şəhərin Günəşli yaşayış massivində Araz Aşurovun həyətində qızı Xumarənin nişan mərasimi keçirilib və tədbirdə 60 nəfər iştirak edib.
Qonaqlara plov, dolma, dovğa təamları və müxtəlif salatlar təklif olunub. Müəyyən müddət sonra məclis iştirakçılarının halı pisləşib. Müxtəlif nəqliyyat vasitələri, o cümlədən təcili tibbi yardım maşınları ilə durumu ağır olan mərasim iştirakçıları xəstəxanaya çatdırılıb. Eyni zamanda gəlin Xumarə Aşurova da mənşəyi bəlli olmayan qidadan mədə-bağırsaq pozğunluğu keçirərək xəstəxanaya yerləşdirilib. Bundan başqa, 2001-ci il təvəllüdlü Rəna Qəzənfər qızı Aşurova sonradan xəstəxanaya aparılıb. Eyni zamanda Ağdaş rayonundan -oğlan evini təmsil edən üç qonaq evə qayıdarkən oxşar problemlə üzləşib və rayonda ev şəraitində müalicə olunublar.
Artıq xəstəxana şəraitində müalicə alan xəstələrdən 7-si mərhələli şəkildə evə buraxılıb. Yalnız 5 yaşlı Şəfa Mirzəliyevanın müalicəsi hələ də davam edir. Ağdaşdan olan digər üç zərərçəkənin də vəziyyətinin normallaşdığı bildirilir.
Qeyd edək ki, hadisədən sonra zərərçəkən şəxslərdən nümunələr götürülərək Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər laboratoriyasına təqdim olunub.
*** 21:53
Mingəçevir. 12 avqust. REPORT.AZ/ Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:
Aşurov Osman Şahlar oğlu - 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Aşurova Xumarə Anar qızı - 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini
Aşurova Mətanət Ramiz qızı - 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini
Aşurova Səidə Şahlar qızı - 2003-cü il təvəllüdlü
Nəbiyeva Zinyət Ələddin qızı - 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini
Mirzəliyeva Şəfa Elnur qızı - 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini
Mirzəliyeva Şəfəq Təhməz qızı - 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini
Əldə edilən ilkin məlumata görə, qonaqlarda mədə pozuntusu "Paytaxt" salatından istifadə olunandan sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya