"...Novruz bayramı ərəfəsində böyük əfv fərmanı imzalanacaq"
07:53 07.03.2019
Arxiv
538
Əfv Məsələləri Komissiyasının üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid "Şərq”ə açıqlamasında qarşıdan gələn Novruz bayramı ərəfəsində növbəti əfv fərmanının imzalanacağına dair gözləntilərinin olduğunu deyib.
R.Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ötən iclasında daxil olan müraciətlərin daha bir qisminə baxıldığını deyib: "Yavaş-yavaş Komissiyanın iclasları yekunlaşır.
Müraciətlərin qalan hissəsinə də növbəti iclasda baxılacaq. Çox güman ki, cənab prezident Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacaq”.
Əfv hüququnun ölkə başçısının müstəsna səlahiyyətlərinə və konstitusion hüquqlarına aid bir məsələ olduğunu vurğulayan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da martda əfv sərəncamının veriləcəyini istisna etmir:
"Novruz bayramı ərəfəsində əfv fərmanı gözlənilir. Bizdə olan məlumata görə, Prezident yanında Əfv Komissiyası gərgin işləyir, onlara daxil olan müraciətlərə baxılır. Ümid edirəm ki, Novruz bayramı ərəfəsində bir çox insanlar, o cümlədən bizi və beynəlxalq qurumları narahat edən şəxslər azadlığa buraxılacaq”.
S.Qocamanlı deyib ki, onlar da Əfv Komissiyasına müraciət ediblər:
"Bundan başqa, biz dəfələrlə danışıb müzakirələr aparmışıq. Əfv fərmanının verilməsində hamımız maraqlıyıq. Həm hüquq müdafiəçiləri, həm dövlət strukturları. Amma bir şeyi qətiyyən unutmaq olmaz ki, əfv sərəncamı imzalamaq birbaşa ölkə prezidentinin səlahiyyətindədir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm