Novxanıda İki bacı qəzaya düşdü: biri öldü, digəri komadadır
13:51 16.09.2016
Arxiv
699
Daxili İşlər Nazirliyi Abşeron rayonunda iki bacının düşdüyü ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin saytı xəbər verir ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini Sürayyə Qəhrəmanovanın idarə etdiyi "Chevrolet” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi "MAN” markalı avtomobillər toqquşub. Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
*****
12:59
Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub. Lent.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet"in "MAN" markalı yük maşınına çırpılması nəticəsində o vəfat edib. Bacısı, 24 yaşlı Leyla Qəhrəmanlı isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, ekspertizalar təyin edilib.
Qəzaya düşən bacılar Bakıdakı özəl klinikalardan birində çalışırmış. Onlar Sumqayıtdan Bakıya işə gələrkən qəzaya düşüblər.
*****
10:06
Abşeron rayonunun Novxanı qəsəbəsində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, qəsəbənin mərkəzi yolunda "Chevrolet" markalı minik avtomobili "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 24 yaşlı qız vəfat edib. Onun həmyaşıdı olan digər qadın isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm