Bu məsələnin həlli üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi xüsusi tədbirlər planı hazırlamalıdır
O qədər xəstəliklər yayılıb ki...
09:01 25.12.2018
Arxiv
399
Bütün tələbələr pulsuz tibbi müayinədən keçməlidir
Bu məsələnin həlli üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi xüsusi tədbirlər planı hazırlamalıdır
Bu məsələnin həlli üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi xüsusi tədbirlər planı hazırlamalıdır
Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin 2-ci qurultayı keçirilib. Məlumata görə, qurultayda tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib.
Qurultayın qətnaməsində təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib. Tələbələrin ildə bir dəfə olmaqla pulsuz tibbi müayinədən keçməsi və dövlət hesabına müalicəsinin təşkili də qətnamədə öz əksini tapıb.
Pulsuz tibbi müayinələrin təşkili təbii ki, müsbət dəyərləndirilməlidir. Lakin bu prosesin necə həyata keçirilməsi bilinmir. Maraqlıdır, xarici ölkələrin praktikasında tələbələrin tibbi müayinəsi hansı formada həyata keçilir?
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, ali və orta ixtisas üzrə təhsil alan tələbələrin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkar olunması, profilaktikası və dispanserizasiya işinin yaxşılaşdırılması üçün kütləvi tibbi müayinələrin keçirilməsi olduqca vacibdir.
Ekspert ölkəmizdə bu sahədə vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: "Çünki ali və orta ixtisas üzrə təhsil alan tələbələrin tibbi müayinəsi davamlı və ciddi şəkildə həyata keçirilmir. Hesab edirəm ki, bu məsələnin həlli üçün Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi xüsusi tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər.
Düşünürəm ki, 6 aydan bir dəfə LOR üzrə həkimlərin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılaraq tələbələrin pulsuz müayinədən keçirilməsi vacibdir. Çünki bir sıra xəstəliklərin tələbələr arasında yayılmasının bu yolla qarşısını almaq olar. Əsasən dəri-zöhrəvi xəstəliyi, QİDS və digər xəstəliklərin əvvəlcədən müəyyən olunması onların müalicəsini asanlaşdırar”.
Ekspertin sözlərinə görə, tələbələrin sağlamlığının qorunması və təhsilin keyfiyyətinin artırılması üçün tibbi müayinələr vacibdir:
"Çünki bəzi hallarda biz KİV-lərdə tələbələrin narahatlıq doğuran ciddi xəstəliyə yoluxması hallarını müşahidə edirik. Belə halların aradan qaldırılması üçün tibbi müayinələr zəruridir. Əsasən də tələbələr arasında görmə qüsurları çoxaldığı üçün pulsuz göz müayinələri çox vacibdir.
Dünya reytinqində olan hər bir universitetdə il ərzində iki dəfə tələbələr məcburi tibbi müayinəyə cəlb olunur. Tibbi müayinədən keçməyən və ya müəyyən xəstəliklər aşkar olunmuş tələbələr ya müalicəyə göndərilir, ya da onun təhsilini davam etdirməyə icazə verilmir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə