8 iyun, 1972-ci ildə, Şimal Vyetnamda saxlandıqları məbədə bir Amerikan təyyarəsindən dörd napalm bombası atıldı. Sağ qalan uşaqlar, paltarları, saçları, bədənləri yanıq içində, qışqırıqlar ataraq qaçarkən, foto müxbir Nick Ut özünə Pulitzer mükafatını gətirəcək o kadrı çəkdi. ..Savaş şəkillərinin ən çox tanınan kadrlarından biri, Vyetnam müharibəsi zamanı atılan napalm bombalarından qışqıraraq qaçan kiçik qız. 45 il əvvəl Amerika Birləşmiş Ştatının (ABŞ) atdığı napalm bombasından qaçarkən, çəkilən şəkiliylə Vyetnam savaşının simvolu olan, bu gün 53 yaşlı BMT-nin elçisi Kim Phuc, İstanbula gəldi.

Sənətçi Zülfü Livanelinin "50-ci sənət ili" fəaliyyəti daxilində Sarıyer Bələdiyyəsinin təşkil etdiyi simpoziuma qatılan Kim Phuc, müxbirin suallarını cavablandırıb. Özü kimi BMT-nin elçisi olan Zülfü Livaneli ilə bir dövr birlikdə çalışdığını və o müddətlə əlaqədar çoxlu gözəl xatirələri olduğunu ifadə edən Phuc, İstanbuldakı son terrorun onu dərindən sarsıtdığını söylədi. İnsanların terror hücumlarına məruz qaldıqlarında acı çəkdiyini vurğulayan Phuc, "İstanbuldakı bu terror hücumunu eşitdiyim zaman dəhşətə qapıldım, belə zamanlarda insanların çəkdiyi ağrılar mənə dərindən təsir edir. Hər kim bu kimi terror hücumlarına məruz qalır, inanın, mənim ürəyim onlarla birlikdə döyünməyə başlayır, onların kədərini ən dərinlərimdə hiss edirəm. Bir də bu hücumlar təkrar olunmasın deyə əlimdən gələn nə varsa, ən yaxşısını etmək istəyirəm." dedi. Suriyadakı döyüş, xüsusilə son günlərdə Hələbdə baş verən qırğının ortaya çıxardığı şəkillərlə əlaqədar danışan Puch, onun da buna bənzər bir vəziyyətdə şəkilinin çəkildiyini ifadə edərək, bu fotonun acı verici olduğunu, ancaq eyni zamanda da çox təsir edici olduğuna işarə etdi. Hər tərəfi qanlar içindəki Ümran körpənin şəkilini xatırlaya bilmədiyini ancaq, sahilə cəsədi çıxan Aylanın şəkilinin onda dərin izlər buraxdığını deyib.(Milliyet)