Ödənişli təhsil alanlar üçün tədris proqramında dəyişiklik aparılmalıdır - DİM
17:19 23.09.2019
Arxiv
567
Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.
DİM-in araşdırmalarına əsasən, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərinin dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağı olduğunu göstərir. Belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər:
"Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin
proqramları tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər. Eyni zamanda, dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə olan yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil forması üzrə qəbul olanların təhsil üçün ödədiyi vəsaitin bir hissəsi onların müasir təhsil standartları səviyyəsində hazırlığına yönəldilməlidir".
Təhlildəki məlumatlara əsasən, dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsi ödənişli təhsil forması üzrə qəbul olanlardan əhəmiyyətli dərəcədə yüksəkdir:
"Ötən tədris ili üzrə aparılmış qəbulun nəticələrinə görə, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə ayrılmış yerlərə qəbul olanların bilikləri arasında ən az fərq hər iki bölmədə IV ixtisas qrupundadır. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə qəbul olanların fənlər üzrə cavablarının ortastatistik göstəriciləri arasında ən böyük fərq hər iki bölmə üzrə II ixtisas qrupuna daxil olan fənlərə cavablarında müşahidə olunur. Bu ixtisas qrupunda ödənişli təhsil forması üzrə qəbul olanların cavablarının göstəriciləri dövlət sifarişi əsasında qəbul olanların cavablarından Azərbaycan bölməsində 1.47-2.04, rus bölməsində isə 1.46-1.96 dəfə aşağıdır. Ümumilikdə götürdükdə, dövlət sifarişi əsasında ayrılmış yerlərə qəbul olan orta statistik abituriyentin bal göstəricisi ödənişli təhsil forması üzrə ali təhsil müəssisəsinə qəbul olan orta statistik abituriyentin bal göstəricisindən 1.51-1.55 dəfə yüksəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol