Oğul atanı samovara görə qətlə yetirib
18:26 01.04.2019
Arxiv
505
Martın 30-da rayonun Cəlilabad rayonunun Göytəpə yaşayış məntəqəsində oğulun atasını döyərək öldürməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.
ONA-nın cənub bürosundan əvvəl verilən məlumata görə, 1936-cı il təvəllüdlü Feyzulla Qaraş oğlu Dadaşovu öz oğlu, 1976-ci il təvəllüdlü Oqtay Dadaşov döyərək qətlə yetirib.
Polis araşdırmasından sonra məlum olub ki, ata ilə oğul arasında münaqişə samovara görə yaranıb. Feyzulla Dadaşov oğlundan daha əvvəl ona verdiyi samovarı qaytarmasını istəyib.
Oqtay Dadaşov samovarı geri versə də, atası bunun həmin samovar olmadığını bildirib.
Beləliklə münaqişə yaranıb və əvvəllər məhkum olunmuş O. Dadaşov əlindəki bel ilə atasına zərbələr vurub və onu pilləkandan aşağı itələyib. Aldığı xəsarətlər F.Dadaşovun ölümünə səbəb olub.
Qonşuların sözlərinə görə, bu qətl hadisəsindən xəbərsiz olublar və F.Dadaşovun öz əcəli ilə öldüyünü güman ediblər. Ancaq tibbi ekspertizanın rəyindən sonra mərhumun oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.
Oqtay Dadaşov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən narkotik vasitə olan heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi