Ölkə başçısı: Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır"
11:16 16.01.2019
Arxiv
186
Azərbaycana həm xarici sərmayə qoyulur, həm də banklar böyük məmnuniyyətlə vəsait ayırır, çünki bilirlər ki, vəsaitləri batmayacaq.
"Sherg.az"ın xəbərinə görə, bunu Sumqayıtda "SOCAR karbamid” zavodunun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı ölkəmizdə qeyri-neft sənayesinin sürətlə artdığını bildirib: "Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayeləşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda "SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur”.
İlham Əliyev qeyd edib ki, ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var:
"Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir. Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırır. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaq. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşübdür və bu il daha da düşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət