Ölkə başçısı: Əgər bütün ölkələr neft hasilatının azaldılması məsələsinə məsuliyyətlə yanaşsalar, yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq
12:33 28.01.2019
Arxiv
447
Əgər bütün ölkələr neft hasilatının azaldılması məsələsinə məsuliyyətlə yanaşsalar, yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Rossiya 1” televiziya kanalına müsahibəsində deyib.
Dövlətimizin başçısı "Bu il neft bazarında hansı vəziyyəti gözləmək olar və qiymətlər necə ola bilər?" sualına cavabında qeyd edib: "Mən düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələr arasında razılıqların necə yerinə yetirildiyindən asılı olacaq. Azərbaycan öz tərəfindən zəruri tədbirləri görüb, neft hasilatının azaldılması ilə bağlı öhdəliklər götürüb və biz bu öhdəlikləri icra edirik. Buna görə də düşünürəm ki, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, onda yəqin ki, qiymət bugünkü səviyyədə qalacaq. Bu, barrelə görə 60-70 dollar deməkdir. Hərçənd bütün il üçün proqnozlaşdırmaq çox çətindir. Amma düşünürəm ki, əksər təhlilçilərin qiymətləndirməsinə görə təxminən bu səviyyə real ola bilər və həmçinin o, həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur".
"Ötən ilin sonunda məlum oldu ki, Amerikanın neft-qaz şirkətləri 25 il sonra Azərbaycanı tərk etmək qərarını qəbul ediblər. Bu qərar nə ilə əlaqədardır və onları kim əvəz edə bilər?" sualına gəlincə, Prezident İlham Əliyev belə təcrübənin əvvəllər də olduğunu bildirib:
"Azərbaycan, sizin artıq qeyd etdiyiniz kimi, 25 il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda iri neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beynəlxalq şirkətlərlə uğurla işləyir. Bu illər ərzində bəzi şirkətlər öz paylarını satıblar, bəzi şirkətlər isə paylarını alıblar. Yəni, bu, təbii prosesdir və deməliyəm ki, Azərbaycanın neft-qaz layihələri çox gəlirlidir. Təkcə son 15 il ərzində bizim iqtisadiyyatımıza 250 milyard dollara qədər sərmayə qoyulub. Bu sərmayələrin yarısı xaricidir və bunların böyük əksəriyyəti neft-qaz sektoruna aiddir. Həmçinin bizim neftimizi bir çox istiqamətlərə nəql etməyə imkan verən ixrac neft və qaz boru kəmərləri inşa edilib. Buna görə də bu gün, əlbəttə, neft-qaz layihələrinin gəliri artır".
Azərbaycan Prezidenti əlavə edib ki, hər bir şirkətin öz sərmayə siyasəti, strategiyası var, hansısa şirkət payını sataraq layihədən çıxmağa üstünlük verir: "Deməliyəm ki, 25 il ərzində bizim əsas enerji tərəfdaşlarımız artıq lap çoxdandır özlərinin qoyduqları vəsaitləri sayəsində böyük qazanc əldə ediblər. Buna görə də düşünürəm ki, Amerika şirkətlərinin öz paylarını satmaq qərarı tamamilə təbiidir və onları kimlərin alacağı kimlərə təklif etmələrindən asılı olacaq. Əlbəttə ki, Azərbaycanın bu ehtiyatlara sahib ölkə kimi həmin sövdələşməni təsdiq, yaxud inkar etmək haqqı var. Amma, bir qayda olaraq, əvvəlki bütün sövdələşmələr tərəfimizdən təsdiqlənib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət