Ölkə ərazisinə 350 bıçağın keçirilməsinin qarşısı alındı
10:18 28.04.2021
Arxiv
407
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaqların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük İdarəsi məlumat yayıb.
Belə ki, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin döşəməsində qaynaq işlərinin aparıldığı məlum olub və nəqliyyat vasitəsinin yük yeri açılaraq orada olan avtoehtiyyat hissələri boşaldılıb. Daha sonra nəqliyyat vasitəsinin döşəməsinin arxa hissəsinin taxta örtüyü qaldırılıb və bu zaman orada kənarları qaynaq edilən dəmir örtüyün altından müxtəlif növdə və ölçüdə 350 ədəd soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə
PUA hücumu nəticəsində Tümen NEZ-də yanğın baş verib
13:17 25.07.2026
Dünya
İbrahim Kutluay alimentin ləğvi ilə bağlı iddiadan imtina edib
12:55 25.07.2026
Cəmiyyət