Ölkə tarixində ilk qadın prezident: Zuzana Avropa yönümlü siyasət yürüdəcək
11:55 31.03.2019
Arxiv
550
Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələn vəkil Zuzana Çaputova ilk çıxışında aydın şəkildə Avropa yönümlü siyasət yürüdəcəyini elan edib. Bununla da o, səlahiyyət müddəti başa çatan bitərəf Prezident Andrey Kişkanın Avropa ilə bağlı məsələlərdə siyasi kursunun dəyişməyəcəyinə işarə edib. Yeni dövlət başçısı sosial-demokrat Peter Pelleqrinin rəhbərlik etdiyi hökumətdən ölkənin rifahı naminə konstruktiv əməkdaşlıq gözlədiyini də açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Z.Çaputova qələbə qazandıqdan sonra ilk müraciətində ona göstərilən etimada görə təşəkkürünü yalnız slovak dilində deyil, ölkədə yaşayan digər millətlərin (çex, macar və qaraçı) dillərində bildirib.
Ölkə tarixinə ilk qadın prezident kimi düşən Z.Çaputova deyib: "Biz göstərdik ki, uğur əldə edə bilmək üçün heç də populist və aqressiv sözlərdən istifadə etmək lazım deyil”.
Z.Çaputova vəzifə səlahiyyətlərinin icrasına iyunun 15-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi