"Ölkəmizə Rusiyadan vərəm xəstəliyi daxil olur"
09:40 24.11.2017
Arxiv
701
Bu vəsaitlə millətin sağlamlığını qorumaq mümkün deyil
"Hesablamalara görə, icbari tibbi sığortanın effektiv həyata keçirilməsi üçün təxminən
4 milyard manat lazımdır”
Parlamentdə 2018-ci il üzrə Azərbaycanın Dövlət və İcmal Büdcəsinin layihələri müzakirə olunub. Müzakirə zamanı deputat Əhliman Əmiraslanov ölkəmizdə adam başına düşən səhiyyə xərclərinin son dərəcə aşağı olduğunu deyib.
Deputatın sözlərinə görə, səhiyyə xərclərinin azlığı, həkimlərin maaşının aşağı olması, ölkədə yeni inşa edilən müasir avadanlıqlar təmin olunan klinika və xəstəxanaların effektiv çalışmasına maneə törədir: "Bu il səhiyyə xərcləri ötənilkindən bir qədər azdır. Heç olmasa, əhalinin artımını nəzərə alaraq bu xərcləri artırmaq lazımdır. Əgər biz bunu stabil saxlayıb və ya azaltsaq, səhiyyədə problemlər yaranacaq. Bu xərclər hökmən artırılmalıdır”.
Deputat hesab edir ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidespirantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır: "Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslər yaşaması üçün ömrü boyu antidespirantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Onlar bu antidespirantları istifadə etməsələr, orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”.
Deputatın təklifi ilə razılaşdığını deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirib ki, həqiqətən də səhiyyə xərclərinin artırılması lazımdır. Professorun sözlərinə görə, səhiyyə xərcləri tibbi sığorta xərclərini ödəyə bilməz. A.Qeybullanın fikrincə, dünya ölkələri ilə müqayisədə Azərbaycanda səhiyyəyə ayrılan vəsaitlər azdır və bu vəsaitlər əhalinin sağlamlığının effektiv qorunmasını təmin edə bilməz:
"Biz Sığorta Fondunun və Səhiyyə Nazirliyinin məlumatları əsasında təxmini bir hesablama aparmışıq. Azərbaycanda rəsmi statistikaya görə, əməliyyat olunanların, müxtəlif xəstəliklərlə bağlı müraciət edənlərin, ölüm hallarının sayı tam araşdırılıb. Hesablamalara görə, icbari tibbi sığortanın effektiv həyata keçirilməsi üçün təxminən 4 milyard manat civarında vəsait lazımdır. Belə vəsait Sığorta Fondunda varmı? Təbii ki, xeyir. Əgər bu vəsait olmasa, biz icbari tibbi sığortanı effektiv həyata keçirə bilməyəcəyik.
Səhiyyə xərclərinə gəldikdə isə, əgər bu səhiyyə xərcləri yalnız maaş, texniki təchizatı nəzərdə tutursa, bu başqa məsələ. Lakin səhiyyə xərcləri icbari tibbi sığortanı nəzərdə tutursa, təbii ki, bu, yetərli vəsait deyil. Sadəcə olaraq biz əlavə fondlardan, müxtəlif humanitar təşkilatlardan və digər mənbələrdən vəsait cəlbinə çalışmalıyıq.
Məsələn, Amerikanın səhiyyə xərcləri federal büdcədən çoxdur və bunun yolları var, bütün bunlar araşdırılmalıdır. Dövlət büdcəsində vəsait olmasa, dövlət bu xərcləri hardan ödəyəcək? Problem çox ciddidir. Hesab edirəm ki, genefondun sağlamlığının qorunması üçün bu işə ciddi yanaşmaq lazımdır. Bu gün 3 milyondan çox adam xaricdədir və onların 1 milyonu il ərzində ölkəyə girib çıxır. Bu, böyük bir miqrasiya deməkdir. Həmin insanlar ölkəyə müxtəlif xəstəliklər gətirirlər.
Məsələn, ölkəmizə Rusiyadan vərəm xəstəliyi daxil olur və bütün bunların müalicəsi əlavə xərclərə gətirib çıxarır. Sığortada həm də ehtimal faktoru var. Bu faktor da nəzərə alınmalıdır. Ona görə də fikrimcə, səhiyyə xərcləri yetərli olmalıdır ki, effektiv bir sistem qurmaq mümkün olsun”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya