“Onlayn media ilə bağlı parlamentə layihə təqdim ediləcək”

“Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək”


"Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək”.

"Sherg.az”ın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Deputat hazırda həmin təkliflərin hazırlandığını söyləyib: 

"Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq”.

İsmayıl