“OPEK ölkələri hasilatı artıracaq və nəticədə neft ucuzlaşacaq" - İZAH

"Hasilatın artırılması dünya bazarlarında neftin qiymətlərinə də təsir edəcək. Bu fonda neftin qiyməti 80 dollardan 75 dollara enəcək. Hətta ola bilər, neftin qiyməti 70 dollardan da aşağı düşə bilər”





"OPEK ölkələri hasilatı artıracaq”

Bunu "Sherg.az”a Amerikanın OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılması barədə istəyinə münasibət bildirərkən Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban söyləyib. 

Onun fikrincə, İrana qarşı sanksiyalar ilin ikinci yarısında 1 milyon barel neft qıtlığına gətirib çıxara bilər:

"Bunu aradan qaldırmaq üçün addımların atılması vacibdir. Nəticədə OPEK ölkələri hesabına yaranmış neft qıtlığı bərpa oluna bilər. Bu baxımdan ABŞ OPEK ölkələri qarşında bu cür təkliflə çıxış edib”.

İ.Şaban onu da vurğulayıb ki, hasilatın artırılması dünya bazarlarında neftin qiymətlərinə də təsir edəcək:

"Bu fonda neftin qiyməti 80 dollardan 75 dollara enəcək. Hətta ola bilər, neftin qiyməti 70 dollardan da aşağı düşə bilər”.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, ABŞ-la yanaşı Rusiya və digər ölkələr də neft hasilatının artırılmasının tərəfdarıdır. Müzakirələr göstərir ki, 2 həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır.

Aysel Aslan