Orda mənasız savaş gedir

Axı niyə Azərbaycan Rusiyanın maraqları üçün öz təhlükəsizliyini riskə atmalıdır?
Ekspert əsgərlərimizin sülhməramlı qismində Suriyaya göndərilməsini məqbul saymır

Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada "sülhün təmin olunması” üçün
başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər.
"Nezavisimaya qazeta”nın hərbi qaynaqlara istinadən yaydığı məlumata görə, Rusiyanın dəstəyi ilə
Bəşər Əsəd qüvvələri Hələb şəhərinə hücumları davam etdirir və tezliklə şəhərin üsyançılardan
təmizlənəcəyi gözlənilir. Bu isə Suriyada müharibənin dayandırılmasında mühüm mərhələnin
başlanğıcı ola bilər. "İstisna deyil ki, barışıq prosesinə "mavi dəbilqəlilər” qismində tezliklə İranla
yanaşı, Misir, Çin, Serbiya, ilk növbədə Azərbaycan və Ermənistan da qoşulacaq”. Hərbi-diplomatik
mənbələrin bildirdiyinə görə, Rusiya Müdafiə Nazirliyi artıq Azərbaycana təklif edib ki, Suriyada
üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak etsin. "Lakin Bakı bu
təkliflə bağlı hələ susur”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov yayılan məlumatların əsassız
olduğunu deyib. Onun sözlərinə görə, daha çox dezinformasiya xarakteri daşıyan bu yazı
Azərbaycanın rəyini öyrənmək üçün dövriyyəyə buraxılmış bir məlumatdır: 

"Azərbaycanın İraqda və Əfqanıstanda sülhməramlıları olsa da, döyüş əməliyyatlarında iştirakımız olmayıb. Azərbaycan sülhməramlılarının yeganə işi post-patrul xidmətində dayanmaq olub. Amma "Nezavisimaya qazeta”nın yaydığı məlumatlarda qeyd olunub ki, guya, Azərbaycana Suriyada üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsində iştirak etməsi təklif olunub. Azərbaycanın özündə minadan təmizləmə işi ilə sırf Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məşğul olur. Əgər Suriyada üsyançılardan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə ehtiyac varsa, bunun üçün ANAMA-ya müraciət edə bilərlər. Onlar da aldıqları müraciətə əsasən beynəlxalq təşkilatların xətti ilə bu əməliyyatlarda iştirak edə bilərlər”.

Azərbaycan ordusunun Suriyada "sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı
missiyanın tərkibində iştirak etməsinə gəldikdə isə ekspert deyib ki, Müdafiə Nazirliyində bu cür
forsmajor əməliyyatlar üçün xüsusi hazırlıq keçmiş şəxsi heyət yoxdur”. 

Daha doğrusu, daxili tələbat üçün bizim mühəndis istehkam qoşunlarımız var. Amma onların sayı sülhməramlı qismində hansısa ölkəyə göndərəcək qədər çox deyil. Sözün açığı, Azərbaycan ordusunda belə bir kadr potensialı olsa belə mən əsgərlərimizin sülhməramlı qismində Suriyaya göndərilməsinin tərəfdarı deyiləm. Axı niyə Azərbaycan Rusiyanın maraqları üçün öz təhlükəsizliyini riskə atmalıdır?
Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi Suriya bataqlığına girən Rusiya da Azərbaycanı ora
çəkməyə çalışır. Onsuz da haqsız yerə Azərbaycanın ağrımayan başını ağrıdan qüvvələr "n”
qədərdir. Sülhməramlı adı altında olsa belə, İŞİD-ə qarşı həyata keçirilən hər hansı bir əməliyyatda
qoşunlarımızın iştirakı Azərbaycandakı mövcud sabitliyin pozulmasına, Bakı və rayonlarımızınterror aktları ilə üz-üzə qalmasına gətirib çıxara bilər. Odur ki, bizə heç bir aidiyyəti olmayan
mənasız savaş uğruna qoşunlarımızı və ölkəmizi təhlükəyə atmağa dəyməz!”

Şəymən