“ORT” kanalının müxbiri oğurlandı




Rusiyanın "Birinci” kanalının jurnalisti Anna Kurbatova Ukraynanın paytaxtı Kiyevdə itkin düşüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Kurbatovanın Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən saxlanılması ehtimal olunur. Rəsmi Kiyev hadisə ilə əlaqədar bəyanatında qeyd edib ki, "Kurbatova ilə bağlı görülən tədbirlər qanunvericiliyə uyğundur”.

Rəsmi Moskva hələlik hadisənin insan oğurluğu olduğunu təsdiqləməyib. Lakin, məsələyə aydınlıq gətirməsi üçün Kiyevdən cavab tələb edir.

Müxbir son günlərdə Ukraynada yaşanan hadisələri işıqlandırırmış. Onun sonuncu süjeti ispan jurnalistlərin Kiyevdən azadlığa buraxılması və müstəqillik günü ilə əlaqədar NATO hərbi qüvvələrinin də iştirakı ilə keçirilən parada həsr olunub.