Orta məktəb müəllimlərinə güzəştli ipoteka krediti verilsin!- QƏNİRƏ PAŞAYEVA





Milli Məclisin bu günkü iclasında xanım deputat Qənirə Paşayeva orta məktəb müəllimlərinə güzəştli ipoteka kreditlərinin verilməsi məsələsini qaldırıb. 

Sherg.az bildirir ki, millət vəkili büdcə müzakirəsi zamanı deyib ki, orta məktəb pedaqoqları güzəştli ipoteka kateqoriyasına daxil edilməlidirlər: 

"Ona görə ki, bu gün orta məktəb müəllimlərinin maaşları ipotekadan yararlanmağa imkan vermir: Amma həmin güzəştli kateqoriyaya daxil edilsələr, ipotekadan yararlanmaq imkanları olacaq. Bu, müəllimlərimizə çox böyük dəstək olar. Savadlı nəsillərin yetişməsi üçün müəllimlərin böyük rolu var. Müəllimlərin, xüsusən də gənc pedaqoqların ən ciddi problemlərindən biri də mənzil problemidir. Düzdür məsələ dövlətin diqqətindədir. Amma onlar ipoteka kreditlərindən istifadə edə bilsələr bu problemlərinin həllinə nail olarlar. Bununla müəllimlik peşəsinə gənclərin marağını da artırmış olarıq”.

Anar