Otelçilikdə yeni ulduz milli təsnifat sisteminin tətbiqi nəyə xidmət edəcək ? - İZAH





Azərbaycanda otelçilik sahəsində yeni ulduz milli təsnifat sistemi tətbiq olunacaq. Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda otelçilik sahəsində ulduz verilməsi sistemində problemlər mövcuddur. Bunun aradan qaldırılması üçün müvafiq işlər görülür.

Məsləni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Saherg.az”a bildirib ki, ulduz sistemi beynəlxalq təsnifatdır:

"Bu sistemin Azərbaycanda tətbiq olunmasi ilə yəqin otellərin işlərində müəyyən yeniliklər olacaq. Amma ulduz sisteminin özü beynəlxalq təcrübədir. 

Beynəlxalq Truzim Agentliyinin də müəyyən kriteriyaları var. Həmin standartlara cavab verən otellərə ikidən beşə qədər ulduz verilir. Milli ulduz sistemi dedikdə, bu, artıq regional xarakter daşıyır. 

Yəni ölkənin rayonlarında və Bakıda olan otellərin bəlli bir meyarları müəyyənləşdiriləcək. Otellərin cavab verəcəyi standartlara uyğun sertifkatların verilməsi məsələsi gündəmə gələcək. Lakin bu kimi sertifkatların beynəlxalq arenalarda qarşılığı olmayacaq. 

Çünki beynəlxalq kriteryalar tamam fərqlidir. Fikirimcə, yeni ulduz milli təsnifatının ölkədə tətbiqi otellərin işinin artırmaq üçün nəzərdə tutulacaq”.

Kənan Eynuroğlu