Ozon qatı və 30 illik mübarizə... - Nəticə





Bu gün Ozon qatında əmələ gəlmiş deşiyin genişlənməsinin qarşısının alınması istiqamətində atılan ilk adımlardan düz 30 il ötür. 

"Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu gün həm də beynəlxalq gün kimi qeyd olunur. Çünki düz 30 il öncə 16 sentyabrda beynəlxalq icimaiyyət Ozon qatındakı deşiyin genişlənməməsi istiqamətində ilk addımı atıb. Və hazırda həmin işlərin müsbət təsirləri görünməkdədir. 


Qeyd edək ki, 1950 c-i illərdən etibarən Ozon qatında müəyyən dağılmalar əmələ gəlməyə başladı ki, bu da çox təhlküləli idi. Ona görə ki, bu qatın deşilməsindən sonra dünyada ultrabənövşəyi şüalanma güclənirdi. 

Bu da bütün canlılara mənfi təsir göstərirdi. Belə ki, insanlarda immunitet sistemini zəiflədirdi, dəri xərçəngi və göz xəstəlikləri yaradırdı. Bununla yanaşı bütün bitkiləri məhv edirdi və insan orqanizminin işini pozurdu. 

Məhz ona görə də 1987 -ci ildə Monreal protokolou imzalandı və bu protokola əsasən florlanmış qazın istifadəsi qadağan olundu. Və nəticədə 2000-ci ildə Ozon qatındakı deşik 4 milyon km2 daraldı. Bu bu daralma prosesinin 2065-ci ilə qədər davam edəcəyi bildirilir. 

Tərcümə etdi: Ayyət ƏHMƏD