Özündən kiçik sevgilisini bıçaqlamışdı - Qadın azadlıqa çıxdı




Qeyri-rəsmi şəkildə yaşadığı şəxsi bıçaqlamaqda təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Şərifova ifadə verib.
O deyib ki, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla əvvəl mübahisə edib:

"Elçin işdən evə əsəbi gəlmişdi. Mübahisə elədi, sonra əsəbiləşib, bıçaqla onu vurdum”
Zərərçəkmiş E.Zeynalov heç bir şikayətçi olmadığını, onu bağışladığını deyib.
Hakimlər kollegiyasının G.Şərifovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il baş verib. G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən 5 yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarətinə verilmə qətimakn tədbiri seçilib.

Xatırladaq ki, G.Şərifovanın ilk həyat yoldaşından bir azyaşlı qızı var.