PA rəsmisi: "Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik"
10:28 21.07.2018
Arxiv
263
"Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan artıq insan qaçqın düşüb. Ona görə də Azərbaycan hərbi sahə ilə yanaşı, informasiya sahəsində də mübarizə aparır".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Bakıda keçirilən Beynəlxaq Media Forumunda deyib.
O qeyd edib ki, erməni diaspor təşkilatları informasiya resurslarından istifadə etməklə Türkiyə və Azərbaycana qarşı məkrli niyyətlərini həyata keçirirlər: "Biz onlara qarşı ciddi şəkildə mübarizə aparırıq. Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsindəki əməkdaşlığı genişləndirmək vacibdir".
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bəzi hallarda böyük dövlətlər də informasiya müharibəsinə qoşulurlar: "Həmin dövlətlərin media orqanlarında Azərbaycan və Türkiyə əleyhinə yazılar dərc edilir. Biz birgə əməkdaşlıqla bu cür addımların qarşısını ala bilərik".
B.Həsənov qeyd edib ki, 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı media xalqın və dövlətin yanında olub: "Bu, çox önəmlidir. Medianın xalqla dövlət arasında körpü rolunu oynaması çevrilişin qarşısını aldı. Türkiyənin dövlət rəsmiləri media vasitəsilə xalqa müraciət etdilər, onları birliyə çağırdılar".
Xatırladaq ki, forumun təşkilatçıları Türkiyənin Azərbaycandakı səfirliyi, Anadolu Yayımçılar Dərnəyi, "Yeni Çağ” Media Qrupu və Mətbuat Şurasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya