Paltar dolabında qorxunc mənzərə

Gənc qadın dolabın içinə niyə girib? 


Hadisə İspaniyada baş verib. Daniyella adlı gənc qadın əyləncə mərkəzində barmeniya (müştərilərə servis xidməti göstərən) kimi çalışırmış. “Milliyet”in yazdığına görə, qonşusu qadının uzun müddətdir görünmədiyini fərq edib, narahat olub. Qadının yaşadığı evə daxil olduqda isə qorxunc mənzərə ilə qarşılaşıb. Daniyella qonşu qadına qapının açarlarını veribmiş. Qonşu qadın onun telefona cavab vermədiyindən şübhələnib. Əvvəlcə mənzildə qadını tapmayıb. Səslənib, yenə cavab almayıb.

Bu dəfə ətrafı daha diqqətlə yoxlayan qonşu qadının diqqətini paltar dolabı çəkib. Dolabı açdıqda Daniyellanın cansız bədəni ilə qarşılaşıb. Qonşu qadın dərhal təcili yardıma və polisə zəng edib. Hadisə yerinə gələn təcili yardım həkimi qadının öldüyünü təsdiqləyib, mənzilə ilkin baxış keçirən polis isə şübhəli nəyəsə rastlamayıb.

Hadisə ilə bağlı istintaq başlayıb, lakin 24 yaşlı gənc qadının niyə dolabın içinə girdiyi naməlum qalıb. Qadının dostları onun nəşəli, kübar, xeyirsevər və gülməyi, əylənməyi çox sevən birisi olduğunu deyib.

Daniyella sosial mediadakı paylaşımlarında özünü “öz krallığını qurmaq istəyən şahzadə” adlandırırmış.

İstintaqın gedişində mətbəx və oturma otağında intihar məktubunun tapıldığı təsdiqlənib. Lakin ailəsi qızlarının intihar edəcək bir durumda olmadığını iddia edir, hadisədən bir gün əvvəl onunla telefon danışıqlarının olduğunu və qızın heç bir şübhəli ifadə, hansısa narazılıq, narahatlıq bildirmədiyini söyləyirlər.

Daniyellanın niyə dolabın içinə girdiyi və intihar məktubunda nələr yazıldığı bilinmir. Lakin Daniyellaya 7 il əvvəl “narahatlıq sindromu” diaqnozu qoyulduğu (yuxusuzluq, depressiya, panika, özünə nəzarəti itirmək...) və onun bol miqdarda dərman qəbuluna təşəbbüs etdiyi ortaya çıxıb.