Pandemiya ilə əlaqədar səhiyyə sahəsinə ayrılan vəsaitin həcmi artırılıb - RƏSMİ
06:19 23.12.2020
Arxiv
385
Növbəti ildə pandemiya ilə əlaqədar sanitar-epidemioloji tədbirlərlə bağlı xərclərin həcmi artırılıb.
Oxu.Az-ın Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2020-ci illə müqayisədə bu sahəyə 0,4 milyon manat və ya 0,8 faiz çox vəsait ayrılıb.
Bildirilib ki, pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 milyon manat vəsait proqnozlaşdırılıb.
Eləcə də, əlavə edilib ki, 2021-ci ilin dövlət büdcəsində səhiyyə sahəsində dövlət proqramlarının və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 198,5 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin xəstələrə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə, xəstəliklərin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsinə yönəldilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya