Parlamentin iclasında qanun layihələri gündəlikdən çıxarıldı



Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Sherg.az-ın məlumatına görə, iclasın gündəliyinə 57 məsələ daxil edilsə də, beş məsələ gündəlikdən çıxarılıb.

Qeyd edək ki, həmin qanun layihələri "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırmanı nəzərdə tuturdu. Ancaq millət vəkilləri tərəfindən bəzi təkliflərlə bağlı dəqiqləşdirilmələr aparılması üçün qanun layihələri gündəlikdən çıxarılıb.