"Paşinyan baş nazir seçilsə də hakimiyyəti uzunömürlu olmayacaq" - ŞƏRH




"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində vətəndaşların fəallığı gözlənilən səviyyədə olmadı. Ermənistanda Mərkəzi Seçki Komissiyasında sədri Tiqran Mukuçyan bildirib ki, seçkilərdə fəallıq 48,63 faiz olub". 

Bunu Sherg.az-a açıqlamasında  siyasi təhlilçi  Ehtiram  Aşırlı deyib. Analitik bildirir ki, Ermənistanda keçirilən seçkilərdə insanlar prossesə  şübhə ilə yanaşaraq  səs verməyə getməyiblər:
 -Paşinyan demokartiyadan "dəm" vursa da xalqı öz nağıllarına inandira bilməyib. Xüsusilə, erməni mətbuatında bildirilir ki, erməni tarixində ilk dəfə  seçicilərin yarıdan çoxu səs vermədə iştirak etməyib. Əslində, bu xalqın Paşinyana da inanmadığının bariz nümunəsidir. Hər nə qədər Paşinyan inqilabla, xüsusilə də küçədən  hakimiyyətə gəlsə də zamanla xalq gördü ki, o da  Serj Sərkisyan diktatura yolu ilə gedir. Bu reallıq da seçkilərə təsirsiz ötüşmədi. Seçicilərin fəallığının aşağı olması faktı bir daha onu sübut edir ki, Paşinyan baş nazir seçilsə də hakimiyyəti uzunömürlu olmayacaq.

Turan