"Paşinyan hakimiyyəti sülh danşıqlarında maraqlı deyil" - Dünyanı aldadır




"BMT-nin 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənista xarici işlər nazirlərinin görüşü münaqişənin həllinə heç bir töhfə vermədi". 
Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı söyləyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın BMT tribunasından bu təşkilatın Qarabağla bağlı qətnamələrini heçə sayaraq, Azərbaycan ərazilərinə qarşı iddiası və təhdid xarakterli açıqlamaları sayəsində görüş  nəticəsiz başa çatdı

"Ermənistan baş nazirinin bu kimi çıxışlarının arxasında heç şübhəsiz erməni lobbisinin dəstəyi durur.
Qeyd edim ki, danışıqların keçirildiyi bir vaxtda Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçirməsi onu göstərir ki, N.Paşinyan hakimiyyəti birmənalı olaraq sülh danşıqlarında maraqlı deyil. 

Ermənistanın yeni hökuməti kompromisə getməyərək çalışır ki, öz yalanları ilə dünya ölkələrini öz tərəfinə çəkib, Azərbaycana qarşı təzyiq etsinlər. 

Lakin işğalçı ölkə bir şeyi unudur ki, ölkəmiz reallaşdırdığı iqtisadi, enerji layihələrinə görə, beynəlxalq arenada kifayət qədər nüfuza malikdir. Bu səbəbdən dünya ölkələrinin hansısa erməni yalanlarına uyaraq Azərbaycana qarşı təyziq edəcəklərini düşünmək ağılsızlıq olar".

Ayyət Əhməd