
Paşinyan ikili oyun oynayır
08:05 19.01.2019
Arxiv
515
Baş nazir Rusiyanın qaz asılılığından qurtulmağa çalışır
"Paşinyan hazırda İrandan alınacaq qazın nəqlinin artırılması üçün danışıqlar aparır. Eyni zamanda Moskva ilə qazın qiymətinin bahalaşmaması çərçivəsində danışıqları davam etdirir”. Bunu Tətbiqi Politologiya Mərkəzinin eksperti, gənc politoloq Zeynal Əmrəliyev deyib. Ermənistan baş naziri Nikol Paşinyanın İranla qaz razılaşması haqqında müzakirələr apardığını deyən ekspert xatırladıb ki, Ermənistan 2009-cu ilin 19 mayından bəri İrandan qaz alır. Onun sözlərinə görə, İran qazı "Elektrik əvəzinə qaz” lahiyəsi çərçivəsində Ermənistanda emal olunur. Lahiyəyə əsasən 1 kubmetr qaz 3 kb hesabı ilə İrana enerji şəklində ixrac ediləcək: "Paşinyan qaz məsələsində ikili oynayır.
Hazırda Ermənistanda əsas qaz idxalçısı Rusiyadır. Paşinyan isə Rusiyanın qaz asılılığından qurtulmağa çalışır. İnanmıram ki, indiki vəziyyətdə Paşinyan İrandan qazın hasilatının artırılması yolu ilə problemin həllinə nail ola bilsin. Çünki İran Rusiya ilə qarşı-qarşıya gəlmək istəməz. Həm də qiymət aşağı olduğundan Tehranın qaz nəqlini artıracağı inandırıcı deyil. Rusiyanın da bu məsələdə İrəvanla razılığa gələcəyi mümkün deyil. Çünki ölkəyə tətbiq olunan sanksiyaların səbəbindən rublun qiymətində sürətli azalma müşahidə olunmaqdadır. İqtisadi vəziyyətin bu qədər ürəkaçan olmadığı bir vaxtda Moskvanın İrəvanın istəyi ilə razılaşacağına ümidlər azdır”.

Politoloqun fikrincə, yalnız Rusiya-Gürcüstan arasında qaz razılaşmasının əldə olunmadığı təqdirdə bu məsələ haqqında düşünmək olar: "Gürcüstan və Rusiya arasında təbii qaz probleminin mahiyyəti belədir. 2016-cı ildə Gürcüstan hökuməti ilə "Qazprom" arasında rus qazının Gürcüstan üzərindən tranziti haqqında müzakirə aparılırdı.
Tərəflər arasında xeyli danışıq getdi, Rusiya tərəfi qiyməti rublla ödəyəcəyini bildirdi. Gürcüstan barter versiyasına üstünlük versə də, sonda Rusiya tərəfi taktiki üstünlüyü ələ ala bildi. Tərəflər arasında 2 illik razılaşma əldə olundu.
Lakin razılaşma 2018-ci ilin sonunda bitdi. Yenidən müzakirələr aparılsa da, tərəflər eyni problemdən dolayı razılığa gələ bilmirlər. Əgər Moskva və Tbilisi arasında yeni saziş imzalanmazsa, ehtimal ki, Rusiya Ermənistana qaz idxal edə bilməyəcək. Bu halda İran tərəfi qazın idxalını artıracaq. Ancaq yenə də İran bu məsələdə Rusiya ilə razılaşmalıdır. Çünki həm Yaxın Şərq regionunda davam edən ittifaq, həm də digər məsələlərlə bağlı strateji müttəfiqliyi pozmaq Tehranın işinə yaramaz. Reallıq isə odur ki, indiki şəraitdə Ermənistanda enerji cəhətdən üstünlük İranın əlindədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət