
Paşinyan qeyri-ciddi adamdır: “Küçədən gəldiyi üçün prosesləri dərk edə bilmir”
11:50 26.09.2018
Arxiv
818
"Nikol Paşinyana "demokrat” deyirdilər, lakin rəhbərliyə gələn kimi erməni xislətinə məxsus xarakterini dərhal ortaya qoydu. Əslində diktator olduğunu qısa müddət sonra hamıya əyani şəkildə sübut etdi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat bildirib ki, erməni hər yerdə ermənidir. Onlara uşaqlıqdan türklərə nifrət aşılanır, azərbaycanlıları görməyə gözləri olmur:
"Uzun zaman ən çirkin üsullarla mübarizə aparan ermənilər nəhayət Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqları üzərində özlərinə süni dövlət qura biliblər. Hazırda ən böyük arzuları Qarabağı Ermənistana birləşdirməkdir. Baş nazir Nikol Paşinyan Qarabağ klanına qarşı mübarizə aparır. Lakin bu arada Qarabağ separatçılarına özünü yaxşı göstərmək üçün münaqişənin həlli haqqında ağzına gələni danışır. Çalışır ki, qondarma rejimin nümayəndələri onu Qarabağ düşməni kimi qələmə verməsinlər. Hamı yaxşı bilir ki, Paşinyan qeyri-ciddi adamdır. Küçədən gəldiyi üçün prosesləri dərk edə bilmir. Dövlətin necə idarə olunmasından xəbərsizdir. Qərblə Rusiya arasında çabalaya-çabalaya qalıb”.

Milli Məclisin üzvü vurğulayıb ki, bu gedişlə ziddiyyətlər daha da artacaq və baş nazir çıxılmaz vəziyyətə düşəcək:
"Məsələ ondadır ki, Paşinyanın bəyanatları və davranışları ilk növbədə Azərbaycanla münasibətlərə, daha doğrusu Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərir. Ən əsası isə regiondakı prosesləri alt-üst edir. Lakin görünüən odur ki, Paşinyan öz imicini qoruyub saxlamaq üçün istənilən addımı ata bilər. O baxımdan cənab Prezident çıxışı zamanı vurğulayıb ki, bundan sonrakı hadisələrdə bütün məsuliyyət İrəvan hökumətinin üzərinə düşəcək. Paşinyanın təxribatçı hərəkətləri səbəbindən hərbi əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın baş naziri diplomatiyanın nə olduğunu qanmır, beynəlxalq hüquqa tüpürür. Bizə başqa yol buraxmır. Hələlik səbr edirik. Çünki Paşinyanın addımları Ermənistanı daxildən zəiflədir, siyasi qüvvələri və cəmiyyəti parçalayır. Hər halda düşmən ölkənin zəifləməsi, daha da gücdən düşməsi bizim xeyrimizədir”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan BMT tribunasından istifadə edərək, növbəti dəfə erməni yalanları və absurdları ilə dolu iddia səsləndirib. Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib.
O, BMT də daxil olmaqla, dünyanın ən mötəbər qurumlarının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərar və qətnamələrinə aşkar hörmətsizliyi elə BMT tribunasından göstərib. Paşinyan faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə BMT-ni də təhqir edib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm