Paşinyana olan etimad sıfırdır
07:08 28.09.2018
Arxiv
553
Baş nazirin bu mənfi imicdən qurtulması mümkün olmayacaq
Ermənistanın baş naziri Paşinyan növbəti dəfə siyasi səviyyəsinin olmadığını nümayiş etdirdi. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır. Paşinyan sonuncu dəfə BMT Baş Assambleyasında çıxışı zamanı Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib. Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil, orada azərbaycanlılar da yaşayırdı, lakin işğal nəticəsində onlar deportasiya edildilər. Nəzərə alaq ki, nəticənin müsbət və ya mənfi olmasından asılı olmayaraq, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib.
Deməli, Paşinyan öz çıxışı ilə bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə sayır. Bu cür yarıtmaz məntiqlə Paşinyan hansı əsasla "soyqırımdan” bəhs edir?! Ermənistan təcriddən yaxa qurtarmaq üçün heç bir səmərəli üsul müəyyənləşdirə bilmir. Bunun üçün də Paşinyan durmadan sağ-sola saldıraraq, sərsəm bəyanatlar səsləndirir.
Lakin tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş və müstəqil siyasi addımları nəticəsində Ermənistanın təcavüzkar rejimləri son çırpınışlarını sərgiləyirlər. Əslində Ermənistan, nəinki hücum əməliyyatı aparmaq, heç mövcudluğunu belə qorumaq iqtidarında deyil. Paşinyanın addımları isə Ermənistanın siyasi, iqtisadi, sosial və hərbi iflasını sürətləndirir.
Ermənistan baş naziri Nikol Paşinyanın həqiqəti əks etdirməyən bəyanatlarını "Şərq”ə dəyərləndirən tanınmış politoloq Nəzakət Məmmədova birmənalı şəkildə deyib ki, dünya ictimaiyyəti və beynəlxalq dairələr Paşinyanın kim olduğunu yaxşı bilir. Ekspertin fikrincə, baş nazirin yalan və cəfəng bəyanatlarına artıq heç kəs aldanmır:
"Paşinyan BMT-nin yüksək tribunasından başqa cür danışa bilməzdi. Ona görə də ikiüzlülük edərək, dünya ictimaiyyətinin gözündə "demokratik lider” obrazını yaratmaq istəyir. O, situasiyaya uyğun bəyanatlar verir və bununla manevr etdiyini düşünür. Ancaq siyasət ilk növbədə əxlaq elmidir. Nə olursa-olsun, bir siyasətçi yüksək mənəviyyata sahib olmalıdır.
Makiavellist yanaşma orta əsrlərdə qalıb. Paşinyan artıq ciddi siyasətçi kimi qəbul olunmur. Bir siyasətçinin dediyi sözün hökmü, çəkisi olmalıdır. O halda rəhbərin sözü ciddi qəbul olunur. İndiki şəraitdə isə erməni baş nazirin dediklərini heç kəs ciddi qarşılamır. Hər halda onun verdiyi bəyanatlar populist, cəfəng mahiyyət daşıyır. Çünki dedikləri öz xalqını aldatmağa, dünya ictimaiyyətində çaşqınlıq yaratmağa yönəlib”.
Analitik vurğulayıb ki, Paşinyan öz imicini ciddiləşdirməyə çalışsa da, bu, alınmayacaq:
"O, hakimiyyətinin ilk dövründə siyasi naşılıqdan irəli gələrək, yaxud da ona verilən ziddiyyətli təlimatlar əsasında uyğunsuz bəyanatlar verdi və bu onun barəsində qeyri-ciddi şəxsiyyət təsəvvürü yaratdı. Paşinyana olan etimad sıfırdır. Baş nazirin bu mənfi imicdən qurtulması mümkün olmayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq