Paşinyanın siyasəti Kremli qane etmir
10:37 21.07.2018
Arxiv
701
Gümrüdəki rus əsgərlərinin kəndin içində təlim keçməsi sıradan hadisə deyil
NATO-nun Brüssel sammitindən geri qayıdan baş nazir Nikol Paşinyan Rusiyadan növbəti xəbərdarlıq siqnalı aldı. Bu dəfə Ermənistan ərazisində yerləşən rus hərbi bazasının əsgərləri erməni kəndinin sakinlərini əməlli-başlı stressə saldılar. Hərbiçilər kənd ərazisində avtomat silahlardan fasiləsiz atəş açmaqla gərginliyə səbəb oldular.
İnsident sosial şəbəkələrdə, erməni mediasında, ictimai-siyasi dairələrdə geniş müzakirələrə yol açdı. "1in.am” saytı yazıb, kənddə baş vermiş insidentə Paşinyanın mətbuat katibi Arman Yeqoyan da şərh verib. O bildirib ki, əvvəlki hakimiyyətə yaxın müəyyən dairələr, eləcə də onlara bağlı Rusiyadakı qruplar hər vəchlə Kremli Ermənistanın yeni rəhbərliyinə qarşı qoymaq istiqamətində səy göstərir. Digər tərəfdən sayt bildirib ki, "Ermənistanda dislokasiya edilmiş Rusiya hərbi bazası erməni-rus münasibətlərində ciddi problemə çevrilir. Hərbi baza təhlükəsizlik mənbəyindən çox, gözlənilməz və qarşısıalınmaz təhlükələrin mənbəyi qismində çıxış etməyə başlayır”.
Müəllif yazıb ki, hərbi bazanın mövcudluğu Rusiya işğalının simvoluna çevrilir. Bu bazanın getdikcə Ermənistanda sabitsizliyin mənbəyinə çevrildiyi, erməni dövlətçiliyi, geosiyasi və regional təhlükə kimi görüldüyü qeyd olunur. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, təlimlərin keçirilməsi zamanı yerin seçilməsi və yerlilərin xəbərdar edilməsi sahəsində heç də bütün tədbirlər görülməyib. Nazir David Tonoyan belə məsələlərdə Rusiyanın Müdafiə Nazirliyi ilə daha sıx koordinasiya və məlumatlandırmaya ehtiyac olduğunu deyib. O, Ermənistandakı Rusiya hərbçilərini "mülki əhali ilə xoş qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə” çağırıb.
Yaranmış gərginliklə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Vasif Əfəndiyev bildirib ki, Ermənistanın Gümrü şəhərində ağır texnikalar vasitəsilə qəflətən kənd ərazisinə soxularaq ətrafa atəş açması yerli sakinlər tərəfindən hiddətlə qarşılanıb. Onun sözlərinə görə, hadisəyə dərhal yerli orqanlar reaksiya verərək, "təlimi” dayandırmağa nail olublar:
"Hazırda Ermənistanın bir çox qeyri-hökumət təşkilatları və rəsmi orqanları Rusiya tərəfindən izahat tələb edirlər. Videolardan göründüyü kimi, ruslar özlərini sahibsiz, başıpozuq dəstə kimi aparırlar. Lakin sonradan hərbi hissənin komandanlığı kənd nümayəndələri qarşısında üzr istəməli oldu. Rusiya hərbi komandanlığının hadisəni "təlim” kimi təqdim etməsi, üzr istəməsi baş vermiş olaya aydınlıq gətirmir. Əslində yaşayış massivində hətta xəbərdarlıq edərək hərbi təlimlər keçirilməsi qadağandır və bu, beynəlxalq normativlərdə öz əksini tapıb”. Ekspertə görə, baş vermiş hadisə Rusiyaya məxsus siyasətin təzahürüdür: "Son illər və xüsusilə hakimiyyət dəyişikliyindən sonra Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması tələbləri artır. Ermənistanın parlament üsul-idarəsinə keçməsi və Avropaya yaxınlaşmaq cəhdləri Rusiyanın maraqlarına ziddir. Bu baş verdikdə Rusiya Cənubi Qafqazda ən etibarlı hesab etdiyi müttəfiqini itirə bilər. Bu qorxunu yaşayan Rusiya bütün imkanlardan yararlanaraq, özündən qat-qat zəif və asılı olan bir kiçik ölkəyə fiziki və mənəvi təzyiqlər edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm