
"Paşinyanın tələbi arxasında Rusiya dayanır"
09:39 14.05.2019
Arxiv
717
"Rusiya Cənubi Qafqazda öz hərbi kontingentini artırmaq və Azərbaycan sərhədlərini nəzarətə götürmək üçün “sülhməramlı qüvvələr” adı altında Dağlıq Qarabağda yerləşmək niyyətindədir"
Ermənistanın baş naziri Nikol Paşinyan məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. Bişkekdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar çıxış edən Paşinyan bir daha vurğulayıb ki, qondarma rejimin iştirakı olmadan sülh danışıqlarının baş tutması mümkün deyil.
ATƏT-in Minsk Qrupunun son bəyanatına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri özünün inadkar mövqeyindən əl çəkmək niyyətinin olmadığını ortaya qoyub: "Ərtaflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, Dağlıq Qarabağ öz statusunun müəyyənləşdiriləcəyi ilə bağlı prosesə cəlb olunsun. Əminik ki, üçtərəfli saziş uzunmüddətli sülhün və əməkdaşlığın qurulmasının mümkün olduğu hüquqi baza olacaq”.
Ermənistan baş nazirinin sərsəm açıqlamasını "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev bildirib ki, Paşinyanın Moskvaya səfərinin mahiyyəti Bişkek protokolunun imzalanmasının ildönümü günündə açığa çıxdı:

"Paşinyan tədbirdə çıxışı zamanı Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlarda tərəf kimi iştirak etməsini yenidən gündəmə gətirdi. Əslində bu təklif danışıqları dalana dirəmək məqsədi güdür. İndiyə qədər bu versiya Ermənistan rəhbərləri tərəfindən dəfələrlə irəli sürülsə də, problemin həlli ilə məşğul olan bütün təşkilatlar qəti şəkildə bunu rədd ediblər. Paşinyanın keçən il gündəmə gətirdiyi bu məsələ ATƏT tərəfindən geri çevrilib və bunun danışıqlara zərər verə biləcəyi vurğulanıb”.
Analitik deyib ki, danışıqlar 27 ildir davam edir. Ötən illər ərzində saysız-hesabsız görüşlər keçirilib və problemin həlli üçün prinsiplər müəyyənləşib:
"Paşinyanın absurd təklifi indiyə qədər görülən bütün işlərin üzərindən xətt çəkməkdir. Bizim üçün bu təklif qətiyyən qəbul edilən variant deyil. Rəsmi Bakı artıq danışıqların nəticəsini görmək istəyir. Əslində Paşinyan çox gözəl anlayır ki, hətta ermənilərə sərf edəcək istənilən sülh sazişinin imzalanması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək.
Bu isə regionda davamlı sülhün yaranmasına gətirib çıxara bilər. Hazırda regionda münaqişə ocaqlarının birdəfəlik sönməsi yalnız Rusiyanın maraqlarına uyğun deyil. Paşinyanın bu tələbinin arxasında Moskvanın məkirli planları dayanır. Məlumdur ki, Rusiya Cənubi Qafqazda öz hərbi kontingentini artırmaq və Azərbaycan sərhədlərini nəzarətə götürmək üçün "sülhməramlı qüvvələr” adı altında Dağlıq Qarabağda yerləşmək niyyətindədir. Ona görə də diqqətli olmaq lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
13:19 07.10.2026
Gündəm
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual