"Özləri də deyir ki, kimə deyirsiz deyin, əcəb edirəm, hamısının agzına pul atmışam""Heç bir qurum bizi yaxın buraxmır"
"Azərbaycanda özbaşınalıqlar haqqında eşidirdim, görürdüm, amma öz başıma gəlməmişdi. Düz bir aydır ki, yataq xəstəsiyəm, ayağa dura bilmirəm. Bizim binamız da 15 ildir ki, bir Yasəf Hüseynov adlı şəxsin əlinə keçib. 3,4,5 bloklu 17 mərtəbəli bir bina tikdi, sonra deyildi ki pulu qurtarıb və yaxın da gəlmədi. Yoxa çıxdı. Amma əldə etdiyimiz məlumata görə, Türkiyədə fəaliyyətini davam edir. Bizim binanın yerində də 1və 2-ci blok tikilməli idi".
Bu barədə "Sherg.az" evlərinin qanunsuz olaraq sökülməsinə etiraz edən Şəhla Şirinova adlı paytaxt sakini bildirib. O qeyd edib ki, Təbriz küçəsi 66 , Su Sonası restoranının yaxınlığında yerləşən binanın sakinlərə xəbərdarlıq olmadan sökülməsi ciddi narazılıq və narahatlıqlara səbəb olub: "
15 ildən sonra bir bisavad iddia ərizəsi ilə, Abutalıbovun imzası ilə, biz 30 nəfər sakini gecə ilə məhkəməyə çağırdılar. (Bu 15 ildə biz nə təmir edə , nə də sata bildik) Səhəri gün məhkəmədə dedilər ki, guya biz o vaxt razılaşmamışıq, o adam da bizim üzümüzdən müflisləşibmiş. İndi razılığa gəlin. Halbuki ki, o vaxt heç kimin qapısı döyülməmişdi. Nəsə, indi bezmiş camaat dedi ki, yaxşı, onsuz da köhnə binadır. Pilot layihə adıyla gəldilər. Heç pilotda deyil. Camaatı yarı narazı, yarı hələ binada qala - qala köçürdürlər.
İçində camaat yaşaya - yaşaya 4 gündür binanı sökürlər . Aidiyyatı orqanlara müraciət edirəm. FHN- deyir bizlik deyil, İcra Hakimiyyətinin şöbə müdiri Cəfərov Hüseyn də buna ixtiyarlarının çatmadığını söylədi. İH-in hüquq şöbəsinin müdiri Cəlalov Firdovsi isə bildirdi ki,əgər məhkəmə varsa, onların qərarı ilə hərəkət etməlidirlər. Hakim Fuad Abdiyevi dünən iş yerində tapmadıq, dəftərxana isə bu işlə bağlı heç bir sənəd tapmadı. Polisə zəng vururam deyir bizlik deyil. Amma yoldaşım, oğlum birinə ağır söz desə tökülüb gələcəklər.
Yasəf Hüseynovun Cavid adlı biri çıxıb cammata deyir ki, kimə deyirsiz deyin, əcəb edirəm, hamısının ağzına pul atmışam. Buna nə ad vermək olar? ! "
Ayyət ƏHMƏD