Peskov: "Vaşinqton diplomatik mülkərimizi qeyd-şərtsiz qaytarmalıdır"




"Vaşinqton Rusiyanın müsadirə etdiyi 2 diplomatik mülkünü qeyd- şərtsiz geri qaytarmalıdır". 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov bəyanat yayıb. 

O bildirib ki, müklərin qaytarılması üçün qoyulan şərtlər qəbuledilməzdir". 

Bundan başqa D.Peskov qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 35 rus diplomatı prezident seçkilərinə müdaxilə bəhanəsi ilə ailəsi ilə birgə ABŞ-dan çıxarıb: 

"Onlar rusiyalı diplomatları casus hesb edirlər. Amerika Dövlət Departamentinin 3-cü  şəxsi Tomas Şanon bu gün Rusiya xarici işlər nazirinin müavini Sergey Riyabakovu qəbul edəcək. Əslində bu görüş iyunda baş tutmalı idi. Amma Ukrayna münaqişəsinə görə, Amerikanın Rusiyaya yeni sanksiya tətbiq etməsindən sonra təxirə salındı. Həmçinin Rusiya prezidenti Valdimir Putin Hamburqda baş tutan G -20 sammitində 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılmasına cavab barədə düşünəcəyini bəyan edib. 

Tərcümə etdi: Ayyət ƏHMƏD