Polis müstəntiqlərin sayı artırılmalıdır
08:46 23.11.2017
Arxiv
264
Vəkil Adəm Məmmədov millət vəkilinin təklifini dəstəklədi
Millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib.
Milli Məclisdə 2018-ci il büdcəsinin müzakirələri zamanı çıxış edən Çingiz Qənizadə ölkənin iri şəhərlərində polis orqanında müstəntiqlərin sayının az olduğuna diqqəti çəkərək, onların sayının artırılmasını təklif edib.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur: "Bu da müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Ona görə də bu problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Ən azından iri şəhərlərdə polis idarələrinə əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.
Bu təklifi müsbət qiymətləndirən vəkil Adəm Məmmədov müəyyən zaman çərçivəsində hakimlərin sayının 600-ə yaxın artırıldığını deyib. Cinayət işlərinin həddindən artıq çox olduğunu vurğulayan vəkilə görə, ötən illərlə müqayisədə 60-70 faizə yaxın artım var:
"Bakı şəhər istintaq şöbələrində isə bu cür hadisələrin sayı daha çoxdur. Əhali artımı və cinayət hadisələrinin sayının artması fonunda ştat sayında heç bir artım yoxdur. Bu mənada Çingiz Qənizadənin təklifini təqdirəlayiq hesab edirəm və dəstəkləyirəm.
Vəkilin sözlərinə görə, müstəntiqin icraatında işlərin çox olması səbəbindən onların qəbuluna düşmək, onlarla əlaqə yaratmaq mümkün olmur. Gördükləri işin obyektivliyindən əlavə keyfiyyəti də azalır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya