Politoloqdan mühüm TƏKLİF: “Azərbaycanda Türkiyənin iki hərbi bazası yerləşdirilsin !”
07:54 05.04.2019
Arxiv
718
Elxan Şahinoğlu: “Onlarda biri Naxcıvanda, digəri isə Abşeronda ola bilər”
"Türkiyənin hərbi bazalarının Azərbaycanda qurulması ölkəmiz adına önəmlidir”
Bunu "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının qurulması haqqında çox açıqlamalar verib:
"Hazırda Rusiyanın Ermənistanda hərbi bazaları var. Bu da ondan xəbər verir ki, Azərbaycan və Ermənistan arasında müharibə olsa, Rusiya Ermənistanı müdafiə edəcək, hazırda da müdafiə edir. Son vaxtlar Azərbaycan Türkiyə ilə strateji hərbi əməkdaşlığını yüksək səviyyəyə qaldırıb. Bu məqamda Azərbaycanda Türkiyənin ən azı iki hərbi bazası yerləşdilməlidir.
Onlarda biri Naxcıvanda, digəri isə Abşeronda ola bilər. Türkiyənin hərbi bazalarının Azərbaycanda qurulması çox vacib amildir. Çünki ölkəmizə düşmən və ya rəqib gözlə baxan dövlətlər anlasınlar ki, Azərbaycan tək deyil, arxasında Türkiyə kimi dövlət var.
Ona görə də, Azərbaycana hücum etmək, ərazisini işğal etmək Türkiyəyə qarşı həmlə etməyə bərabər olacaq. Bu baxımdan da düşünürəm ki, Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşdirilməlisi vacibdir. Hətta bu fikiri Müdafiə naziri Zakir Həsənov da təsdiqləyir.
O açıqlamasında Ermənistanın arxasında Rusiyanın olduğunu və onlar Rusiyanın hərbi təcrübəsinddən yararlandığını bildirir. Bu mənada biz qardaş Türkiyə ilə bu istiqamətdə əməkdaşlığı gücləndirməliyik. Türkiyədən yeni hərbi texnika almalıyıq, Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini təmin etməliyik. Və bu işin sürətləndirilməsinin vacib olduğunu düşünürəm”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə