Polkovnik: Ermənistan müdafiə nazirinin açıqlaması bu dövlətin terrorçu mahiyyətinin göstəricisidir
12:38 31.03.2019
Arxiv
497
Ermənistan müdafiə naziri David Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüşdə "ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik. Biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” fikrini səsləndirməsi təkcə erməni xislətinin deyil, Ermənistan dövlətinin terrorçu mahiyyətinin göstəricisidir. Nazirin belə məsuliyyətsiz çıxışına yalnız bir ad vermək olar: sərsəmləmə.
Bu fikirləri türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güclüer AZƏRTAC-a müsahibəsində deyib.
Ekspert bildirib ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara məcbur edildiyi bir vaxtda bu ölkənin müdafiə nazirinin məsuliyyətsiz bəyanat verməsi təcavüzkar ölkə hakimiyyətinin siyasi riyakarlığının göstəricisidir. "Nazir David Tonoyan yaxşı bilir ki, kənar güclərin təsirindən çıxa bilməyən Ermənistanın ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri ən müasir səviyyədə inkişaf edib və regionda ən güclü ordudur. D.Tonoyanın Nyu-Yorkdakı açıqlaması xarici ölkələrdəki ermənilərə təsir etmək və erməni diasporundan ianə qoparmaq cəhdindən başqa bir şey deyil. Yaxşı olar ki, Ermənistanın indiki hakimiyyəti ölkəni acınacaqlı günə salan digər siyasətçilərin aqibətindən ibrət dərsi götürsün”, - deyə türkiyəli hərbi ekspert bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi