Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib




Sentyabrın 15-də - Bilik Günündə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub. 

"Sherg.az"ın AzərTAc-a istinadən verdiyi məlumata görə, açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.