Prezident Administrasiyası: Azərbaycanda kütləvi halda dini radikalizm yoxdur
10:25 31.01.2019
Arxiv
476
Azərbaycanda ayrı-ayrı şəxslərin radikal düşüncələri ola bilər. Amma Azərbaycanda kütləvi halda dini radikalizm yoxdur. Buna yalnız cəhdlər edilir.
"Sherg.az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.
Onun sözlərinə görə, dövlət dinlə mübarizə aparmır: "Azərbaycanda nə dövlət, nə də cəmiyyət dinə qarşı ola bilməz. Biz Azərbaycanda yalnız radikalizmə qarşı olmuşuq. Çünki radikalizm xalqımıza məxsus olan hal deyil. Tarixə də nəzər salsaq, görərik ki, azərbaycanlılar heç zaman dini müharibələrdə iştirak etməyiblər. Hətta Babəkin rəhbərliyi ilə aparılan Xürrəmilər hərəkatı da azadlıq uğrunda mübarizə olub. Sovet dövründə bunu bizə islam dininə qarşı aparılan mübarizə kimi təqdim ediblər. Azərbaycan xalqı heç zaman radikal olmayıb. Azərbaycanda dövlət tərəfindən dinə qarşı hər hansı basqının olmasından söhbət gedə bilməz. Dövlət orqanları tərəfindən radikalizmə qarşı mübarizə aparılır".
P.Cahangirov radikalizmə yoluxanların əsasən gənclər olduğunu da söyləyib: "Bu "yoluxucu" xəstəliyə qarşı ən yaxşı peyvənd təhsildir. Təhsil ən gözəl preventiv addımdır. Azərbaycanda dövlət öz risklərini məharətlə idarə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm