Prezident: Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq
11:05 28.01.2019
Arxiv
428
Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə bildirib.
Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlətimizin başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğuladı. Bildirdi ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını dedi, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirdi.
Dövlətimizin başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğuladı. "Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, - deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət