Prezident AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət edib -FOTO

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram - Respublika Günü münasibətilə ziyarət edib.
"Sherg.az" xəbər verir ki, Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.