“Prezident Azərbaycan xalqını bir yumruq kimi birləşdirib”
07:05 11.11.2020
Arxiv
413
Ramin Əhmədov: “Bu əbədi olaraq xalqımızın mübarizə rəmzi olacaq”
Bu gün Azərbaycan tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizin üzərində səadət günəşi doğur. 30 ildir həsrətini çəkdiyimiz doğma torpaqlarımız bir-birinin ardınca işğaldan azad olunur. Qüdrətli Azərbaycan ordusu xəyallarımızı, arzularımızı taleyimizə yazır. Bu gün bütün dünya heyranlıqla Azərbaycana tamaşa edir. Bu gün dünya həm də qalib sərkərdəmizin, dövlətimizin başçısının sınmaz qətiyyətindən, dəmir iradəsindən, xalqını yumruq kimi birləşdirməsindən danışır.
Hələ çox danışacaqlar, hələ çox qələbələrimizə şahidik edəcəklər. Əminliklə deyirik, bu gün dünyanın heç bir yerində İlham Əliyev kimi ümumxalq sevgisi ilə əhatələnmiş, vətəndaşının 100 faizlik dəstəyi ilə silahlanmış, ölkəsinə, torpağına, sükanı arxasında dayandığı dövlətə canı ilə, varlığı ilə bağlı olduğunu sübut etmiş ikinci bir rəhbər tapmaq mümkün deyil.
Allah Prezidentimizə kömək olsun. Allah onu başımızın üstündə həmişə var eləsin. Elə bu arzu ilə də bu gün Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə Prezidentimizin şərəfinə qurbanlar kəsilib. Qoy Ulu Tanrı onu bütün bəlalardan hifz eləsin. Dövlətimiz var olsun. Yaşasın Azərbaycan!
Ramin Əhmədov bildirib ki, Prezident Azərbaycan xalqını bir yumruq kimi birləşdirib: “Cənab Prezident! Sizin qaldırdığınız yumruq əbədi olaraq xalqımızın mübarizə rəmzi olacaq. Sizin yumruğunuz bizi birləşdirdi və bu birlik bizi Qarabağa-Şuşaya apardı. Sağolun, Var olun, hər şeyə görə sizə minnətdarıq”.
Onu da qeyd edək ki, Prezidentimizin şərəfinə kəsilmiş 100 baş qoyun qurbanı Nizami rayonu ərazisindən müharibəyə yollanmış əsgər və zabitlərimiz eləcə də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman qardaşlarımızın ailələrinə paylanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz