Prezident Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib - YENİLƏNİB+ FOTO
11:56 04.02.2019
Arxiv
410
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib.
Bu barədə "Sherg.az"a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger dövlətimizin başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirdi. Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən Kristian Faythinger bildirdi ki, bu gün Beynəlxalq Astronavtika Federasiyasına 68 ölkədən 368, o cümlədən Azərbaycandan olan 3 təşkilat daxildir. Qonaq rəhbərlik etdiyi qurumun hər il Beynəlxalq Astronavtika Konqresini keçirdiyini vurğuladı və belə bir önəmli faktı xatırlayaraq dedi ki, bu cür tədbirlərdən biri 1973-cü ildə Bakıda keçirilib. Daha sonra o, Azərbaycanda kosmik sənayenin uğurla inkişaf etdiyini və bu sahədə ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı 1973-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən XXIV konqresini məmnunluqla xatırladı və o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyini vurğuladı. Azərbaycanda kosmik sənayenin inkişafına toxunan Prezident İlham Əliyev bu sahənin ölkədə ən prioritet istiqamətlərdən biri olduğunu dedi və Azərbaycanın dünya kosmik ailəsinə daxil olmasını məmnunluqla qeyd etdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region
Rumıniyada məktəbdə bıçaqlı hücum olub, yaralılar var
19:29 19.10.2026
Dünya