Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib





Azərbaycan Prezidenti İlham Əliyev avqustun 13-də Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.

"Sherg.az" xəbər verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış olub.