Prezident Kürdəxanıda məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib

Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin aprelin 5-də açılışı olub.
Prezidentin Mətbuat Xidmətindən "Sherg.az"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.