Prezident Madər Musayevə "Şərəf" ordeni verdi




Deputat Madər Musayevə orden verilib.

"Sherg.az" AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Madər Ələsgər oğlu Musayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə M. Musayev "Şərəf” ordeni ilə təltif edilib.