Prezident: Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır
09:14 25.12.2018
Arxiv
405
Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır.
"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır:
"Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər".
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir: "Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə