Prezident Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
09:21 21.02.2019
Arxiv
542
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və "Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən "Sherg.az"a verilən məlumata görə, görüşdə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirin əhəmiyyətinə toxunuldu.
Ruslan Auşev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərindən məmnunluqla danışdı və Ulu Öndərin xatirəsini daim yad etdiyini bildirdi.
Prezident İlham Əliyev Ruslan Auşevin Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və onun Ulu Öndərin xatirəsi ilə bağlı dediyi xoş sözlərə görə təşəkkürünü bildirdi.
Ruslan Auşev Bakıda gördüyü inkişaf proseslərinin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını vurğuladı, onların bu tədbirdə iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəldiklərini dedi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm