Prezident: Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək
13:23 18.02.2019
Arxiv
360
Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək.
"Sherg.az"xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində dənizkənarı bulvarda şəhər sakinləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı Sumqayıt təhsil müəssisələrinin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və tələbələrin orada yerləşdirilməsi məsələsinin həll ediləcəyini bildirib:
"Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq”.
İlham Əliyev qeyd edib ki, həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol